“DOST mərkəzlərinin göstərdiyi xidmət sayı azdır. 486 min nəfərə iş yeri açdığı qeyd olunur”.
NOCOMMENT.az Qaynarinfo -ya istinadən xəbər verir ki,bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib:
“İşə düzəldirlər və 1 il sonra çağırırlar ki, müqavilənin müddəti bitib, yerinə başqa adamı götürürlər. Beləliklə işsizliyin sayı artır. Bu problemlər aradan qaldırılmalıdır”.