Deputat metronu açmağa ÇAĞIRDIbackend

Deputat metronu açmağa ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirus bütün milləti narahat edir. Müharibə ilə bağlı insanların küçələrə çıxması vəziyyəti daha da gərginləşdirmişdi”.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bunu parlamentin iclasında çıxış edən deputat Sabir Rüstəmxanlı deyib.

Deputat metronun işləməməsinə və digər məsələlərə də toxunub: “İnsanlar çox zaman həkimə müraciət etmirlər. Bir dəfə müraciət edəndə 100 manat pul ödəyirlər. İmkanı olmayanlar ona görə də müraciət etmir. Bununla da xəstəlik dərinləşir.

Digər tərəfdən, metronun fəaliyyəti dayanıb. Avtobuslara minmək mümkün deyil. Hesab edirəm ki, metro işləsə, işi asanlaşdırar. Xahiş edirəm aidiyyəti qurumlar bu işləri nəzərə alsınlar”.