Deputat nəvə toyundan danışdı: Getməmişəmbackend

Deputat nəvə toyundan danışdı: Getməmişəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMEA prezidenti, Prezident Administrasiyasının eks-rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən şəxslərlə bağlı yeni video yayılıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, Meydan TV video ilə bərabər, toyda iştirak edənlərin yeni siyahısını da tirajlayıb.

Daha öncə adları yer alan şəxslərdən bəziləri toyda iştiraklarını təkzib ediblər. Bu şəxslərdən biri də Milli Məclisin deputatı Aqiyə Naxçıvanlıdır.

Qeyd edək ki, A.Naxçıvanlı da toyda iştirakını təkzib etmişdi. Mediaya açıqlamasında deputat bildirmişdi ki, nə o toya dəvət olunub, nə də iştirak edib: “Karantin rejimi ilə bağlı dövlət başçımızın göstəriş və tövsiyələri var. Mən də səs verdiyim qanunlara hörmətlə yanaşıram və hər bir qanuna da əməl edirəm. Hətta təəssüflə bildirirəm ki, ən yaxınlarımın belə dəfn və yas mərasiminə getməmişəm”.