Deputat Paşinyanı təhqir etdi: Hələ də xain xofu ilə yaşayırbackend

Deputat Paşinyanı təhqir etdi: Hələ də xain xofu ilə yaşayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Oktyabrın 7-də Paşinyan müharibəni dayandırmaq təklifini rədd etdi”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu barədə “Ermənistan” fraksiyasının deputatı Artur Kazinyan özünün feysbuk səhifəsində yazıb.

“Mən dəfələrlə bildirmişəm ki, 19 oktyabr istisna olmaqla, Rusiya 2 dəfə müharibəyə son qoymağı təklif edib və bu gün də Paşinyanın Rusiyanın 7 oktyabrda müharibəyə son qoymaq təklifini rədd etdiyi təsdiqləndi”, – deyə deputat qeyd edib.

Deputat bildirib ki, Nikol Paşinyan müharibəni, yalnız Azərbaycanın Şuşanı almasından, minlərlə erməninin həlak olmasından, azərbaycanlıların Hadrut, Zəngilan, Qubadlı, Şurnuxu və Şahverdilərin (Vorotan) yerləşdiyi Gorus-Qafan magistral yoluna nəzarət etməsindən sonra bitirməyə razılıq verib.

“İndiyə qədər də onun bu mövzuda yeganə açıqlaması bu olmuşdu: “Belə olmasaydı məni xain adlandıracaqdılar”. İndi soruşuram, yenə də xain xofu ilə yaşayır?”, – deyə deputat bildirib.