Deputat qazilərlə görüş keçirdi – FOTObackend

Deputat qazilərlə görüş keçirdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Etibar Əliyev bir qrup Vətən müharibəsi qazisi ilə görüş keçirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə deputat özü sosial şəbəkədə məlumat paylaşıb.

“Bu gün 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədə böyük şücaət göstərmiş qazi qardaşlarımla növbəti dəfə görüşdüm. Nahar süfrəsi ətrafında səmimi söhbət etdik, səhətlərindəki son durum, müharibədən sonra keçdikləri bərpa prosesi və digər qayğıları ilə maraqlandım.

Görüşdə Birinci Qarabağ müharibəsinin qazisi, Vətən müharibəsində şəhid olmuş İsabala Hüseynovun atası Ceyhun qardaşım da iştirak edirdi.

Qazilərimiz dövlət tərəfindən, xüsusi olaraq Prezident Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıdan xeyli məmnun qaldıqlarını bildirdilər.

Sonda qazilərimizin hər birinə müəllifi olduğum “Yeni təhsil, tərbiyə və elm antologiyası” kitabımı hədiyyə etdim.

Bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan can sağlığı arzulayıram”, – E.Əliyev yazıb.

Bir 6 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 4 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər