Deputat Ramiz Mehdiyevin AMEA-dakı işini tənqid etdibackend

Deputat Ramiz Mehdiyevin AMEA-dakı işini tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Etibar Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin fəaliyyətini tənqid edib.

NOCOMMENT-in qafqazinfo-ya istinadən məlumatına görə, Milli Məclisdə çıxış edən E.Əliyev qeyd edib ki, Ramiz Mehdiyev AMEA-nı özünün istədiyi inzibati bir sistemə çevirib: “Belə ki, Ramiz Mehdiyev özünün qisasçı və inzibatçı iş sistemini AMEA-ya da gətirib. Bununla da əmək qanunvericiliyinin tələblərini kobud sürətdə pozmağa başlayıb.

Xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən işçiləri işdən azad edir. Bu yaxınlarda da bir institut direktorunu bu bəndlə işdən çıxarıb. AMEA-da da bu işləri keçmiş Rasim Ağasiyev adlı polis işçisinə həvalə edib”.