KoronaVirus İnformasiya Portalı
Deputat rektoru QINADI: Bu, elmə və təhsilə hörmətsizlikdirbackend

Deputat rektoru QINADI: Bu, elmə və təhsilə hörmətsizlikdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uzun illərdir ki, vəzifəli şəxslərin Dövlət Ali məktəblərində kafedra müdiri vəzifələrini tutmaları geniş vüsət alıb. Bu, elmə və təhsilə hörmətsizlikdır. Bu ənənə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından da yan keçməyib”.

Uzun illərdir ki, vəzifəli şəxslərin Dövlət Ali məktəblərində kafedra müdiri vəzifələrini tutmaları geniş vüsət alıb. Bu…

Gepostet von Etibar Əliyev am Freitag, 11. September 2020

NOCOMMENT xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Etibar Əliyev özünün feysbuk səhifəsində yazıb.

Etibar Əliyev qeyd edib ki, Akademiyada Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri Ramiz Mehdiyevdir.

“Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri Əli Həsənovdur. Fəlsəfə və sosial psixologiya kafedrasının müdiri isə Prezident Adminstarsiyasında işləyən, fəlsəfədən və sosial psixologiyadan xəbərsiz Etibar Nəcəfovdur. Rektordan soruşmaq lazımdır. Rəhbərlik etdiyi Ali məktəbin üç mühüm kafedrasının müdirlərini sonuncu dəfə Akademiyada nə zaman görüb?!”, – deyə deputat fikrini tamamlayıb.