Rəngli inqilab Slovakiyanı məhv edə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Dövlət Dumasının deputatı və parlamentin təhlükəsizlik komitəsinin üzvü Adalbi Şxaqoşev məlumat verib.
O vurğulayıb ki, Slovakiyada hökumətin “rəngli ssenari” üzrə devrilməsi perspektivi Avropa üçün ən pis presedentdir. Şxaqoşev qeyd edib ki, bu, özünü məhvetmə mexanizmini işə sala bilər. Deputat aydınlaşdırıb ki, Avropanın rəngli inqilablar yaşamış digər ölkələrdən fərqli olaraq belə təsirlərdən qoruyucu immuniteti yoxdur.