Deputat təhsil haqlarının artırılmasından danışdı – Qiymətlər endirilməlidirbackend

Deputat təhsil haqlarının artırılmasından danışdı – Qiymətlər endirilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabinetinin yaxın günlərdə verdiyi müvafiq qərarla dövlət müəssisələrində ödənişli təhsil haqları artırıldı. Bu, nə dərəcədə iqtisadi cəhətdən əsaslandırılmış doğru addım idi? Ölkədə pandemiya dönəmində vətəndaşın gəlirində heç bir artım olmadığı halda təhsil haqlarının artırılması nə dərəcədə düzgün qərardır?

NOCOMMENT.az olaraq sözügedən məsələ ilə bağlı Milli Məslicin deputatı Fazil Mustafanın fikirlərini öyrəndik.

Təhsil ilə bağlı qiymətlərin artırılmasının deyil, endirilməsinin tərəfdarıyam deyən deputat bunları söylədi:

“Ali təhsil müəssiələrində müəllimlərin bir çoxunun aldığı maaş əmək haqqı fonduna daxil olan təhsil haqqı ödəmələrindən formalaşır. Bu addım müəllimlərin sosial rifahının qorunması üçün əsasən nəzərdə tutulub. Amma bu ödənişi edəcək tələbə və ya valideyinin də iş imkanı yoxdursa, təhsili yarımçıq qoya bilməz. Bu səbəbdən də qiymətlərin artırılması deyil, endirilməsinin tərəfdarıyam. Təhsil ilə bağlı bütün qiymətlər endirilməlidir.

Onlayn təhsili isə ənənəvi təhsil ilə eyniləşdirmək olmaz. Təbii ki, müəllim əziyyət çəkir, maaş almalıdır. Müəllimin normal əmək haqqı alması vacibdir, amma bunun başqa bir dotasiya formalarını düşünmək lazımdır. Bunun, tələbənin və ya yoxsul valideyinin, gəlirləri, imkanları azalmış insanların hesabına etmək doğru deyil”.

İllik xərclər üzrə cədvəllərlə buradan tanış ola bilərsiniz.