Deputat tələbələri Qarabağda işləməyə göndərməyi təklif etdibackend

Deputat tələbələri Qarabağda işləməyə göndərməyi təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ağdamda bu gün böyük işlər görülür, şəhər bərpa olunur. Bu işlər bütün Qarabağda görülür”.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat tələbə inşaat dəstələri yaradılmasını təklif edib: “Azərbaycan gəncləri gedib Qarabağda işləməlidir. Bu, 10 minə qədər işçi qüvvəsi deməkdir. Azərbaycan gənci Qarabağda döyüşüb, qazi olub, şəhid olub. Bu gənclər indi də o tikinti işlərində iştirak edə bilərlər. Bütün tələbələr oraya könüllü gedib, o işlərdə iştirak edə bilər. Onlar pul da istəməyəcəklər. Qarabağda müharibəyə gedənlər pulla gedirdilər?”