Deputat toy və nişan mərasimlərinin keçirilməsini gündəmə gətirdibackend

Deputat toy və nişan mərasimlərinin keçirilməsini gündəmə gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Düşünürəm ki, yoluxma sayında davam edən hazırkı müsbət dinamika, eləcə də insanların virusla mübarizədə daha bilikli və ehtiyatlı davranması müəyyən qaydalar çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsi məsələsini gündəmə gətirə bilər. Əlbəttə ki, yeni qaydalarla birlikdə nəzarət mexanizmlərinin də qurulması şərti ilə”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri millət vəkili Rəşad Mahmudov özünün “Facebook” səhifəsində bildirib.

R.Mahmudovun sözlərinə görə, bu barədə son qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ümumi gedişat analiz edildikdən sonra veriləcək:

“Ümumiyyətlə hesab edirəm ki, payız aylarından sonra COVID-19 virusunun insanlarda yaratdığı qorxu getdikcə azalacaq. Çünki təcrübə göstərdi ki, dünyada tətbiq edilən karantin rejimləri tibbi fayda yanında, sosial, iqtisadi və psixoloji çətinlikləri ön plana çəkdi. Amma bizlər vətəndaş olaraq ehtiyatlı olmağa davam etməli, tez-tez əllərimizi yumalı, maska taxmalı və sosial məsafə saxlamağı unutmamalıyıq”.