Deputatdan Əli Həsənova sərt İTTİHAM: Mətbuatı məhv etdi…backend

Deputatdan Əli Həsənova sərt İTTİHAM: Mətbuatı məhv etdi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Deyirlər Əli Həsənov mətbuatı məhv elədi. Tamamilə doğrudur. Bunun əyani sübutu səhər tezdən qəzet köşklərini seyr etməkdir”.

NOCOMMENT-in modern.az-a istinadən məlumatına görə, bunu Milli Məclisin deputatı Etibar Əliyev yazılı mətbuat sahəsindəki vəziyyətdən danışarkən bildirib.

Onun sözlərinə görə, qəzet və jurnal maarifçilik, ideologiya və təşviqat işlərinin əsas alətidir:  “Qəzet həm də arxivdir. Sayt, filan heç vaxt arxiv ola bilməz. Bəs kitab mağazalarını kim yerlə-yeksan etdi? Əli Həsənov “AzərKitab” deyilən nəhəng və işlək bir quruma ət və kolbasa işinə baxan kirvəsini rəhbər qoydu. Onlar məqsədlərinə çatdılar. Ət və kolbasa əmtəəşünası bir neçə ildən sonra “AzərKitab”ın ləğvinə nail ola bildi. Bu qurumun 127 kitab mağazası kitab tarixindən silindi”.

E.Əliyev bildirib ki, Əli Həsənovun siyasəti sayəsində “Kitab evi”, “Kitab passajı”, “Akademkitab” kafelərə və paltar mağazalarına çevrildi: “Kitab satılan yerlərin demək olar ki, əksəriyyəti icarəyə verilən yerlərdir. Görürsünüzmü, bir adam ölkəyə nə böyüklükdə zərbə vura bilərmiş. Elə bir situasiya yaranıb ki, indi bunları bərpa etmək də mümkün deyil. Bir stəkan suya qara rəngli məhluldan bir damcı qatmaq çox asandır. Ancaq həmin damçının rəngini təmizləmək demək olar ki, mümkün deyil”.