Deputatdan jurnalistlərə ağır təhqir: Ata-anasını tanımayanlardırbackend

Deputatdan jurnalistlərə ağır təhqir: Ata-anasını tanımayanlardır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin 8 iyul tarixində Qurban bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik postuna rəy yazan deputat Razi Nurullayevin ölkə başçısını Ramazan bayramı münaisbətilə təbrik etməsi böyük ajiotaja səbəb oldu. Yüzlərlə sosial şəbəkə iştirakçısı həmin rəyi paylaşaraq, deputatı sərt tənqid etdi.

NOCOMMENT.az xəbər verir ki, deputat redaktə səhvindən istifadə edib onu tənqid və təhqir edənləri çox sərt şəkildə təhqir edib. O, sosil şəbəkə hesabında həmin adamların valideynlərinə ağır söyüşlər ünvanlayıb:

“Mənim adımdan yalan məlumat yayaynlar, istər adi insan, istər fəal, istər əldəqayırma media orqanı, kim olursa)olsun ata-anasını tanımayanlardır. Söyüş və təhqir yazanlar da eyni. Bu cür adamlar gəlsin, DNK analizlərini ödəyim, gedib ata-anasını tapsınlar”.