Deputatdan Nobel mükafatçıları ilə bağlı maraqlı şərhbackend

Deputatdan Nobel mükafatçıları ilə bağlı maraqlı şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2019 -cu ildə İqtisadiyyat üzrə Nobel mükafatına Massaçuset Texnologiya İnstitutunun professorları Abidjuti Benerji, Ester Dyufo və Harvard Universitetinin professoru Maykl Kremer layiq görüldülər.

Onların təhsil sahəsindəki eksperimentləri mənə maraqlı gəldi. Kremer ötən əsrin 90-cı illərindən etibarən aydınlaşdırmaq istəyirdi ki, təhsildə hansı tələb və təkliflərin bağlı olduğu faktorlar keyfiyyətin artırılması üçün daha əhəmiyyətlidir: Dərsliklər formasında əlavə resurslar, məktəb lövhələrini əvəz edən flipçartlar, bağırsaq qurdlarına qarşı mübarizə proqramının köməyi vasitəsilə uşaqların sağlamlığının qorunması, uşaqların məktəbdə yeməklə təminatı, şagirdlərin standart testlərdəki nəticələrinə bağlı müəllimlərə material stimulların təqdim olunması kimi məsələlər öyrənildi.

Bu tədqiqatların nəticələri yanaşmaların hansının işləməsini, hansının işləməməsinə yenidən baxmaq imkanları yaratdı. Aşkar olundu ki, əlavə resursların təqdim olunması məhdud effekt verir. Flipçartların uşaqların təhsil nəticələrinin yaxşılaşdırılmasına heç bir təsiri yoxdur, dərsliklər isə ən güclü şagirdlərin nəticələrini yaxşılaşdırıb. Müəllimlərə material stimulların təqdim edilməsi isə şagirdlərin yerinə yetirdikəri test tapşırıqlarının nəticələrini yaxşılaşdırdı, lakin digər təhsil nəticələrinə heç bir təsir göstərmədi”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu deputat Etibar Əliyev qeyd edib.

Deputat sözlərinə belə davam edib: “Nobel mükafatçılarının birgə eksperimentləri göstərdi ki, ənənəvi olaraq təhsilin keyfiyyətinə təsir edən amillərdən biri sayılan müəllim və şagird nisbətinin sadə şəkildə azaldılmasının da gözlənilən keyfiyyətə təsiri yoxdur. Qaldı şagirdlərin bilik səviyyələrinə uyğun patoklara bölünməsi. Nəzəri cəhətdən bu yanaşma birmənalı qarşılanmamalı idi. Lakin eksperimentlər tamam başqa nəticələri ortaya çıxardı. Uşaqların potoklara bölünməsi onların əvvəlki bilik səviyyələrindən asılı olmayaraq demək olar ki, hamısının təhsil nəticələrinin yaxşılaşmasına gətirdi.

Digər nəticə: Məktəb idarəçiliyinin dəyişməsi təhsilin keyfiyyətinin əsaslı şəkildə yaxşılaşmasına imkan verir. Təhsilin keyfiyyətini izləmək səlahiyyəti, müəllimlərin zəruri stimullarını aşkara çıxarıb təqdim edə bilən mühüm səlahiyyətlər valideyn komitələrinə verildikdə keyfiyyət dəyişikliyi yarana bilər.

Nobelçilərin meta-analizinin nəticələri göstərir ki, əsasən iki tip intervensiyanın təsiri qaçılmazdır: Öyrətmə prosesində şagirdlərin bilik səviyyəsinə köklənən pedaqoji yanaşmanın dəyişməsi, müəllimlərin düzgün stimullaşdırılmasının təqdim olunması və onların hesabatlılığının artırılması.

Nobelçilərin tədqiqatları və gəlinən nəticələr demək olar ki, əksər ölkələr üçün eynidir. İş burasındadır ki, təhsil idarəçilərinin özləri təhsilə bağlı adamlar olmadıqda bir problem başqa problemlərə yol açır”.