Deputatdan sərt İTTİHAM: Məktəblər də monopoliyadadırbackend

Deputatdan sərt İTTİHAM: Məktəblər də monopoliyadadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan məktəbləri əsl poliqona çevrilib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev bildirib.

E.Əliyev qeyd edib ki, uşaqlarla “Georgi lenti” tədbirindən sonra dini mahnıların oxudulmasına başlanılıb: “Nazirlik Bakı şəhəri 164 nömrəli məktəbin direktorunu alqışladı, Yevlax şəhər 1 nömrəli məktəbin direktoruna isə töhmət verildi.

Bunlar təsadüfən qeydə alınanlardır. Məktəbə yaraşmayan hərəkətlərin sayı-hesabı yoxdur. Məktəb monopolistlərinin hər biri öz direktorunu qoruyur. Bakı məktəb direktorlarının bildirdiyi kimi bir məktəb monopolisti də var, lakin onu gizlədirlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müavini Xəyalə Əhmədzadə. Yuxarıdakı dost və aşnalarına arxalanaraq idarə içində idarə yaradıb. Bağça monopoliyası da ona verilib. Deyirlər ki, kəsdiyi başa zaval yoxdur. Direktor təyinatı məsələsini anındaca həll edir… Fuad Babayevlə rəqabətdə irəli də keçə bilib”.

“Məktəbi dağıdanlardan qoruyaq!”, – deyə deputat sonda çağırış edib.