Deputatdan TƏKLİF: Erməniləri susdurmaq üçün bu yoldan istifadə etməliyikbackend

Deputatdan TƏKLİF: Erməniləri susdurmaq üçün bu yoldan istifadə etməliyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğaldan azad edilmiş ərazilərimizi ermənilər vəhşicəsinə dağıdıblar, viran hala gətiriblər. Bu təcavüzkar əməllərə Azərbaycan göz yummalı deyil. Bacardığı qədər hər kəs görüntüləri dünya birliyinə çatdırmalıdır”.

NOCOMMENT.azxəbər verir ki, bu sözləri Modern.az-a Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa söyləyib. O diqqətə çatdırıb ki, xüsusilə dağıdılmış mədəniyyət abidələrinin dünyaya təbliği üçün planlaşdırılmış addımlar atılmalıdır:

“Bacardığımız qədər çox videogörüntü hazırlayıb, beynəlxalq təşkilatlarda gündəmə gətirməliyik. Bu bizim əks-təbliğat vasitəmizdir. Erməni yalanlarını susdurmaq üçün bu yoldan istifadə etməliyik. Onların qarşılıq verməməsi isə bizim xeyrimizədir. Bu barədə narahat olmağa əsas yoxdur. Əsas odur ki, təbliğatda düzgün yollardan istifadə edək.

Biz öz işimizi özümüz görməliyik. Başımıza açılan vəhşiliyi hər zaman dünya mediasında gündəmdə saxlamalıyıq. Elə çatdırmalıyıq ki, hər kəs Ermənistanın vandal xalq olduğunu anlasın.”

Deputat qeyd etdi ki, proseslərə mane olmamaq üçün hələ ki, həmin ərazilərə getmək düzgün deyil:

“Milli Məclisin Mədəniyyət komitəsi olaraq, biz də azad olunmuş ərazilərimizi ziyarət etməyi, dağıntıları yerində tədqiq etməyi çox istəyirik. Amma bir problem var ki, ordumuz oranı hələ minalardan təmizləyir. Təhlükəsizlik üçün səbr etməliyik. Əgər yürüyüş olarsa, proseslər ləngiyər və əsgərlərimizə mane olarıq. Bu da bizim xeyrimizə deyil. Müəyyən işlər görülüb, bitəndən sonra, azad olunmuş ərazilərin hər birini ziyarət edəcəyik”.