Deputatdan toylarla bağlı İKİ TƏKLİFbackend

Deputatdan toylarla bağlı İKİ TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar mətbuatdan və sosial şəbəkələrdən izləyirəm ki, insanlar Naxçıvandan toy paylaşır. Təbii ki, toylar gözəldir, olmalıdır, amma insanlar bizə müraciət edir ki, əgər Naxçıvanda toy keçirilirsə, nəyə görə Azərbaycanın digər bölgələrində buna izacə verilmir?

NOCOMMENT.az xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev Feysbuk səhifəsindən video-müraciətində deyib.

O, Naxçıvanda toyların keçirilib-keçirilməməsini dəqiq bilmədiyini, bunu yalnız sosial şəbəkələrdən oxuduğunu qeyd edib:

“Mən toyların keçirilməsinə pis baxa bilmərəm. İnsanlar bizdən bu məsələni parlamentdə qaldırmağı, Operativ Qərargahla müzakirə aparmağı və nəticədə toyların keçirilməsinə nail olmağımızı istəyir. Əslində, biz də bunu istəyirik.

Əgər pandemiya aylar, illər çəkəcəksə, toylara icazə verilməyəcəksə, bunun sonradan çox böyük mənfi nəticələrinin şahidi ola bilərik. Artıq havalar da isinib. Restoranlarda isə 50-100 nəfərlik zallar var. Mən deməzdim ki, həmin zallar pandemiyanın yayılması üçün şərait yaradır.

İnsanlar 50-100 nəfərlik zalları olan kafe və restoranlarda toylarını keçirə bilərlər. Onsuz da hər gün orada toplaşırlar, ad günü keçirirlər və s.

İkinci bir tərəfdən, artıq Azərbaycanın bir çox rayonunda hava istidir. Günorta saat 12-dən 4-ə və 5-ə qədər açıq havada toyların keçirilməsi mümkündür. Hətta bunun Bakıda da keçirilməsi mümkündür. Mən açıq havada pandemiyanın yayılması təhlükəsinin olduğunu düşünmürəm”.

Axar.az