Deputatın açıqlaması sosial şəbəkələrdə etiraz doğurubbackend

Deputatın açıqlaması sosial şəbəkələrdə etiraz doğurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Könül Nurullayeva sosial medianın qınaq hədəfinə çevrilib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, deputat Türkiyə telekanallarından birinə vediyi açıqlamada Ermənistanın iqtisadi vəziyyətinin pis olduğunu və buna görə də işğalçı dövlətin Azərbaycana təzminat ödəməyinin önəm daşımadığını bildirib.

Deputatın açıqlamasının yer aldığı video sosial şəbəkələrdə tirajlanmaqdadır.

Əməkdaşımız məsələ ilə bağlı Könül Nurullayeva ilə əlaqə saxlamağa çalışsa da, deputatın telefonu qapalı olduğundan onunla danışa bilməyib.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirib ki, deputat yanlış mövqe sərgiləyib: “Burda söhbət ehtiyacdan getmir. Bizim tələbimiz törədilmiş hərbi cinayətə görə kompensasiyanın ödənilməsidir. Beynəlxalq ekspertlərin hesablamalarına görə, minumum 50 milyard dollar həcmində məbləğ ödənilməlidir. Buna görə də Azərbaycan tərəfi bütün danışıqlarda, masada bu məsələni qoymalıdır və Ermənistan təzminatı hökmən ödəməlidir. Dünya politikasında da vəziyyət belədir”.