Deputatın mindiyi təyyarədə nasazlıq yarandıbackend

Deputatın mindiyi təyyarədə nasazlıq yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Vüqar Bayramovun mindiyi təyyarədə nasazlıq yaranıb.

NOCOMMENT xəbər verir ki, bu barədə deputat sosial şəbəkə hesabında məlumat verib.

Vüqar Bayramov qeyd edib ki, təyyarə bu gün Türkiyə vaxtı ilə saat 16:20-də İstanbuldan Milan şəhərinə uçmalı idi: “Təyyarəyə minik bitdikdən sonra motor çalışmaları başladı, amma uçuşa başlarkən təyyarədə texniki problemlərin olduğu bəlli oldu. Uçuş xəttində olan təyyarə texniki xidmət bölümünə aparıldı. 2 saatlıq yubanma ilə texniki baxışdan sonra təyyarə havaya qalxa bildi. Hazırda TK-1875 reys ilə Milana doğru uçuş həyata keçirilir”.