Deputatın oğlu vəzifəsindən uzaqlaşdırıldıbackend

Deputatın oğlu vəzifəsindən uzaqlaşdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdə kadr islahatları davam etdirilir.

NOCOMMENT.az xəbər verir ki, Tural Məmmədov Milli Məclis Aparatındakı işindən kənarlaşdırılıb.

Qeyd edək ki, Tural Məmmədov 48 saylı Yevlax Seçki Dairəsindən seçilmiş deputat İlham Məmmədovun oğludur.

Öncə xəbər verdiyimiz kimi, bu günlər Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğlu, parlamentin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Elmir Vəliyev də tutduğu vəzifəsindən azad edilib.

Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarova bir müddət əvvəl qurumun Aparatında və İşlər İdarəsində struktur islahatlarının aparılması haqqında sərəncam imzalayıb.

Sərəncama uyğun oalraq Milli Məclisin Aparatı buraxılıb.