Deputatın oğurlanan samovarı tapıldı: Saxlanılan var – FOTObackend

Deputatın oğurlanan samovarı tapıldı: Saxlanılan varFOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağsuda şəhər ərazisində yerləşən fərdi yaşayış evindən antik samovar və elektrik kabellərinin oğurlanması barədə polisə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Ağsu şəhər sakini, əvvəllər də məhkum olunmuş Elçin Eyvazov saxlanılıb.

Oğurladığı samovar onun yaşadığı ünvandan maddi sübut kimi götürülüb. Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, Milli Məclisin deputatı Tahir Kərimlinin qardaşı Fəxrəddin Kərimli ona məxsus evdən antikvar samovar və elektrik kabellərinin oğurlanması barədə rayon polis şöbəsinə müraciət etmişdi.

Deputatın oğurlanan Samovarı
Deputatın oğurlanan Samovarı