Deputatın təhsillə bağlı iradına komitə sədrindən cavabbackend

Deputatın təhsillə bağlı iradına komitə sədrindən cavab 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Azərbaycanın təhsil sistemi üçün uğurlu olmadı.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deyib.

“Azərbaycanın təhsil sistemi tənəzzülə uğrayır. Cəmiyyətdə bununla bağlı məsələ qaldırılsa da, heç bir reaksiya yoxdur. Biz bu gün təhsil sistemi haqqında danışmaqdansa, sanitar qovşaqlar haqqında danışırıq. Azərbaycan təhsil sistemi ağırlaşır. Təhsildə o qədər problemlər var ki, məsələni qaldırırıq, amma hərə bir-birinin üstünə atır”, – deyə deputat bildirib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev isə deputata cavab olaraq bildirib ki, təhsilimiz inkişaf edir:

“Mən sizinlə tam olaraq razı deyiləm. Belə olan halda biz o qədər müəllimin zəhmətini yerə vurmuş oluruq. Təhsilimiz gündən-günə inkişaf edir. Ötən il də bununla bağlı komitəmiz tərəfindən ictimai dinləmələr keçirildi. Fevralın sonu martın əvvəlində komitənin genişləndirilmiş iclası keçiriləcək”.