Deputatın Ukraynada tikinti biznesi üzə çıxdıbackend

Deputatın Ukraynada tikinti biznesi üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin gənc deputatı Anar Məmmədovun Ukraynada tikinti biznesi üzə çıxıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli araşdırmasında qeyd edib.

Ukraynanın Dnepr şəhərinin mərkəzində, Şmidt küçəsi 15-də “Bakı” adında möhtəşəm görünüşlü bina tikilib. Yaşayış kompleksi 21 mərtəbədən, 301 mənzildən ibarətdir. Kompleksin tikintisi K.A.S. LTD tərəfindən həyata keçirilib. K.A.S. LTD Azərbaycan, Ukrayna, Türkiyə, Gürcüstan və Monakoda inşaat sektorunda fəaliyyət göstərir.

Ukraynanın şirkət və müəssisələrin vahid reyestr xidmətinin məlumatına görə, şirkətin nizamnamə kapitalının 30 faizi Milli Məclisin gənc deputatlarından olan Məmmədov Anar İlyaz oğluna məxsusdur.

Xatırladaq ki, Anar Məmmədov “kirayə qaldığı üçün” Milli Məclisdən ayda 220 manat əlavə yardım alan 10 deputatdan biridir

“2005-ci ildə qeydiyyatdan keçmiş şirkətdə Anar Məmmədovun benefisiar olaraq yatırım payı 6 milyon qrivnadır, qalan 70 faiz deputatın qayınatası Qulam Ələkbərovun yaxın adamına məxsusdur. Ukraynada Anar Məmmədovun ailə üzvlərinin adına daha bir neçə şirkət fəaliyyət göstərir”, – deyə jurnalist bildirib.

Anar Məmmədov ötən il 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat seçilib.