Deputatın yazıb sildiyi status gündəm oldu – FOTObackend

Deputatın yazıb sildiyi status gündəm oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Aydın Mirzəzadənin feysbuk profilində yazdığı status sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, sözügedən statusda deputat Səbail rayonunda başına gələn bir hadisədən söz açıb:

“Nəvəmi Səbail rayonunda yerləşən parkların birinə gəzməyə çıxartmışdım. O, uşaq attraksionunda oynayarkən pilləkənin sol tutacağının laxladığını gördüm. Bu hansısa bir anda körpələr üçün problem yarada bilərdi.

Səbail rayon icra başçısının humanitar məsələlər üzrə müavini Kəmalə xanıma zəng edərək bu xırda problemin aradan qaldırılmasını xahiş etdim.

Müəyyən vaxtdan sonra mənə şəkil göndərərək tutacağın bərkildildiyini bildirdilər”.

Deputatın paylaşımı sosial şəbəkədə gündəm olub.

Qeyd edək ki, A.Mirzəzadə bir müddət sonra yazdığı statusu silib.