Deputatlar Eldəniz Səlimovla maraqlanırlar? – Ona niyə zəng vurmalıyam?!backend

Deputatlar Eldəniz Səlimovla maraqlanırlar? – Ona niyə zəng vurmalıyam?!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polisi döydüyü üçün həbs olunan Milli Məclisin deputatı Eldəniz Səlimovun adı ətrafında başlanmış ajiotaj getdikcə səngiyir. Əvvəlki günlərlə müqayisədə indi mətbuat bu məsələyə az maraq göstərir.

Bəs deputat həmkarları necə, onunla maraqlanıb əlaqə saxlayırlarmı?

NOCOMMENT xəbər verir ki, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bu haqda yenisabah-a danışıb.

O, hazırda məhbus həyatı yaşayan həmkarı ilə əlaqə saxlamadığını söyləyib: “Eldəniz Səlimovla əlaqə saxlamamışam. Deputatlıq dövründə onunla mənim ənənəvi xarakter daşıyan münasibəim olmayıb. Nə onun telefonu məndə var, nə də mənim telefonum onda. Milli Məclisin deputatı olan zaman onunla əlaqəm olmayıb. Sadəcə həmkar olaraq münasibətimiz olub. Dostluq xarakteri daşıyan bir münasibət yoxdur.

Mən niyə ona zəng vurmalıyam ki? Mənim oğlum yerindədir”.