Deputatların avtomobilləri və onların qiymətləribackend

Deputatların avtomobilləri və onların qiymətləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatlarının ictimai-siyasi fəaliyyəti daim diqqət mərkəzindədir. Eyni zamanda, onların şəxsi həyatlarının bəzi məqamları da cəmiyyət üçün xüsusi maraq kəsb edir.

Məsələn, deputatlar xidməti avtomobillərdən başqa, hansı marka avtomobillərdən istifadə edirlər və bu avtomobillərin qiyməti nə qədərdir?

NOCOMMENT məlumatına görə, elə konkret.az-ın əməkdaşı bu sualla deputatlara müraciət edib.

Milli Məclisin deputatı Naqif Həmzəyev açıqlamasında “Hyundai SantaFe” avtomobilinin olduğunu bildirib: “Bu mənim şəxsi maşınımdır, 2014-cü ildə istehsal olunub, qiyməti 35-40 min manatdır”.

Deputat Fəzail Ağamalı açıqlamasında “Toyota Camry” avtomobilinə sahib olduğunu deyib: “Qiyməti 50 min manat civarındadır”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov “Mercedes E-Class” avtomobilindən istifadə etdiyini qeyd edib: “Şəxsi avtomobilimdir, 2015-ci il istehsalıdır. Qiyməti 48 min manatdır”.

Milli Məclisin deputatı, professor Musa Qasımlı “Toyota Prado” avotmobilindən istifadə etdiyini bildirib: “2010-cu il istehsalıdır”. Qeyd edək ki, bu avtomobilin qiyməti 35-40 min manat arsında dəyişir.

Tahir Kərimli açıqlamasında şəxsi avtomobilinin olmadığını və xidməti maşından istifadə etdiyini bildirib.