Deputatların sayı artırıla bilər – Millət vəkilibackend

Deputatların sayı artırıla bilər Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdə deputatların sayı 125-dən 150-yə qaldırıla bilər.

NOCOMMENT.az bildirir ki, bu sözləri Axar.az-a geniş müsahibəsində millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev deyib. O, deputat sayının 125 olaraq müəyyənləşdirildiyi vaxt əhali sayının 7 milyon olduğu, indi isə 10 milyonu keçməsinin bunun üçün əsas ola biləcəyini təsdiqləyib:

“Vətən müharibəsində qələbədən sonra dünyanın gözü bizdədir. Xalqımız siyasi, sosial-iqtisadi sferada da dəyişikliklər istəyir. Ölkəmizi inkişafın yeni mərhələsinə keçirmək üçün siyasi və iqtisadi islahatların dərinləşdirilməsinə ehtiyac var. Qatıldığımız bütün seçkilərdə BAXCP-nin seçki platforması ondan ibarət olub ki, ölkəmiz parlamentli respublika modelinə keçsin, proporsioanal seçki sistemi əsasında parlament formalaşdırılsın. Deputatların sayı ən azı 150 nəfər olsun.

Konstitusiya islahatları aparılacaqsa, o da öz əksini tapmalıdır ki, topladığı səsdən asılı olmayaraq, heç bir partiya parlamentdə yerlərin 70%-dən çoxunu tuta bilməsin və topladığı səsdən asılı olmayaraq, parlamentdə ən azı 3 siyasi partiya təmsil olunsun. Bu cür konstitusion dəyişikliklər ölkəmizdə güclü çoxpartiyalı sistemin formalaşmasına, demokratiyanın inkişafına, dövlət hakimiyyətinin real hakimiyyət bölgüsü prinsipi əsasında həyata keçirilməsinə və bu gün üzləşdiyimiz bir çox problemlərin həllinə yol açardı. Ümumiyyətlə, ölkəmizdə yeni Konstitusiyanın qəbuluna ehtiyac var. Tez-tez növbədənkənar seçkilərin zərərli olduğunu nəzərə alaraq yeni qəbul ediləcək Konstitusiyanın 2025-ci ildən qüvvəyə minməsi nəzərdə tutulmalıdır. Belə bir islahatlara gedilsə, biz böyük məmnuniyyətlə onu dəstəkləyəcəyik”.