Deputatlığa namizəd qətlə yetirildibackend

Deputatlığa namizəd qətlə yetirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda deputatlığa namizəd mühafizəçiləri ilə birgə qətlə yetirilib.

Parlament seçkisində iştirak etmək üçün qeydə alınan müstəqil namizəd Malik Kalim Ullah Xan ölkənin şimal-qərbində silahlı hücuma məruz qalıb.

NOCOMMENT.az-ın məlumatına əsasən, ölkə mətbuatında yayılan xəbərlərə görə, bu, son vaxtlar ilk belə hadisə deyil.

Bölgədə fəaliyyət göstərən radikal qruplaşmaların heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Pakistandakı müxtəlif siyasi partiyaların mümkün tənqidlərinə baxmayaraq, təhlükəsizliklə bağlı vəziyyətin daha da pisləşməsi səsvermə tarixinin təxirə salınması üçün əsas ola bilər.