Dərman yoxdur, TƏBİB – maska tax deməyə də haqqın yoxdurbackend

Dərman yoxdur, TƏBİB – maska tax deməyə də haqqın yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dərman yoxdur, ay mənasız qurum olan TƏBİB. Sənin camaata maska tax deməyə də haqqın yoxdur. Əgər sənin qara bazarın varsa və sənin bu bazara girə bilməyən insanların dərman ala bilmirsə sənin umumiyyətlə danışmağa haqqın yoxdur”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə “facebook” hesabında qeyd edib.

ayten-ismayilzade

Pediatr koronavirusa yoluxmuş insanların dərman tapa bilməməsindən, dərmanların yalnız xüsusi sifarişlərlə yalnız imtiyazlı şəxslər üçün əlçatan olduğuna diqqət çəkir. A.İsmayılzadənin həmin yazısını təqdim edirik:

“Dəfələrlə musahibə götürülür. Dəfələrlə eyni sözü deyirik. Yenə köhnə hamam, köhnə tas… Biz deməklə nəsə dəyişəsi deyil. O heç. Amma axır ki nəsə dəyişsin. Köklü dəyişiklik olsun. Bu da torpaq deyil ki şəhid verib alasan. Bu səhiyyədir. Vicdanlı insanların, siyasətçilərin yox, vicdanlı insanların idarə etməli olduğu səhiyyə! Bəsdirin də. Bilmirik nə dərdi çəkək.

Danışdıqlarımın içindən nəyi kəsirlər bilmirəm, amma əsas dediklərimi burda yazıram.

Dərman yoxdur, ay mənasız qurum olan TƏBİB. Sənin camaata maska tax deməyə də haqqın yoxdur. Əgər sənin qara bazarın varsa və sənin bu bazara girə bilməyən insanların dərman ala bilmirsə sənin umumiyyətlə danışmağa haqqın yoxdur.

İstəyirsiz gündə bir alim gətirin brifinqdə danışsın. Nə xeyri. Nə vaxta kimi mənasız işlər davam edəcək. Nəyi sərtləşdirirsiz? Hansı yerləri bağlayırsız? Balaca “okoşkası”ndan muştəri qəbul edən telefon ustasının köşkünü? Ya saatlarla oturub bir muştəri tapmayan geyim dükanlarını? Hansı gununə kim nə alır?

Yenə aptek, yenə klinika, yenə ərzaq dükanında adamlar olacaq. Onlara icazə ilə də gedəcək. Orda yüz faiz xəstə olacaq. Yoluxma da baş verəcək. Edə biləcəyin heç nə yoxdur səhiyyə sistemi. Oranı-buranı bağlamaqla nəyəsə nail ola bilməyəcəksən. İnsanlarım haqqı olan dərmanını ver. “onsuz da təsir eləmir? Onda xəstəxanada da vermə.

Hətta yaxında xəstəxanada olan xəstəyə iki və uç dəfə verilməli olan dərman bir dəfə verilirdi. Hay-küy salandan sonra tam doza verildi. Niyə? Çünki ondan bundan kəsib xəstəxanada olmayan dərman tapmayanlara satılır. Onlar dərman tapsa belə olmaz.

Deputat Rəşad Mahmudov deyir bal-zəncəfil ilə sağaldım. Həm də qeyd edir ki vaxtında qəbul edilən Antiviral dərman! Hanı sənin antiviralın, hardadı? Dərmanın adını da çəkmir, istifadəsini də.. Çunki bilir onun tapdığı kimi biz tapa bilməyəcəyik. O qədər “o dərman boşdur, bundan onsuzda yoxdur” siyasəti aparıldı ki camaat erqoferonu antiviral kimi tanıyır və elə də qəbul edir. Erqoferon birbaşa virusəlehinə deyil, sadəcə onunla mübarizəyə lazım olan interferon maddəsini hazırlamağa kömək edir.

Favipiravir, kaletra isə virusəlehinə dərman olaraq qara bazarda muştəri gözləyir, koronavirus da xəstənin bədənində dərman”. / Yeniavaz.com