Dövlət Statistika Komitəsinin açıqladığı hesabata əsasən 2024-cü ilin əvvəlində əczaçılıq məhsullarının istehsalı sahəsində 2.4 milyon manatlıq dərman istehsal edilib. Bu da ölkəmizdə dərman istehsalının 4 dəfəyə yaxın artması deməkdir. Dərman istehsalı ilə bağlı ölkəmizdə vəziyyət necədir? Ümumiyyətlə Azərbaycanda dərman olunurmu? Dərman qiymətlərinin baha olmasının əsas səbəbi nədir?
NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı tanınmış cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla Referans.az – a açıqlamasında bildirib ki, ümumiyyətlə Azərbaycan dərman preparatları mövzusunda idxaldan asıkı olan ölkələr sırasındadır. Hələlik bizim ölkənin yetərincə dərman istehsal etməsi üçün xeyli zamana ehtiyac var.
Ekspert onu da vurğulayıb ki, ölkəmizdə dərman istehsalının lazımi səviyyədə olması üçün ilk növbədə ixtisaslaşmış zavodlar yaradılmalıdır. Həmçinin bundan başqa kifayət qədər yüksəkixtisaslı kimyaçı və əzaçılar tələb olunur. Bu istiqamətdə Azərbaycanda çox genişmiqyaslı və səmərəli işlərin görülməsinə ehtiyac var.
Adil Qeybulla hesab edir ki, Azərbaycanda müəyyən kateqoriyaya aid olan dərmanların istehsalı mümkündür. Xüsusilə də qalen preparatlarının istehsalını gerçəkləşdirmək olar. Buna misal olaraq qalen preaparatlarını qeyd etmək yerinə düşər. Yəni əczaçılıqda bu preparatlar nisbətən daha asan əldə olunur. Lakin molekulyar biologiyanın tətbiqi ilə istehsal olunacaq dərmanların hazırlanması üçün ölkəmizdə müasir dövrün tələblərinə uyğun olan zavodlar lazımdır. Bir sözlə bu istehsal müəssisələri olmadan bu məsələnin həlli mümkün deyil.
‘’Dərmanların Azərbaycanda baha olmasının isə bir çox əsaslı səbəbləri var. Səbəblərdən biri odur ki, ölkəmizə idxal edilən dərmanlar maya dəyərindən bir neçə dəfə baha satılır. Eyni zamanda dərman qiymətlərinə müvafiq dövlət qurumları tərəfindən nəzarət gücləndirilməlidir. Bununla yanaşı beynəlxalq təcrübəyə əsaslanaraq Azərbaycanın da dərman istehsalı məsələsinə baxılmalıdır. Təbii ki, yerli istehsal mövcud və məhsuldar olduğu halda bu dərman qiymətlərinə də müsbət təsir edəcəkdir’’,- deyə mütəxəssis qeyd edib.