Dərmanların qiymətləri ucuzlaşacaq? – Komitə sədri AÇIQLADIbackend

Dərmanların qiymətləri ucuzlaşacaq? – Komitə sədri AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dərmanların qiymətləri ilə bağlı da iradlar var.

NOCOMMENT.az trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişkiliyin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov bildirib.

O qeyd edib ki, bu gün dərmanların qiymətinin optimallaşdırılması istiqamətində işlər aparılır.

“Elektron resept və təqib sistemi kömək edəcək ki, artıq vətəndaşlar dərmanların qiymətləri barədə rahat məlumat əldə edə bilsinlər.

Ölkəmizdə dərman istehsalı müəssisələrinin fəaliyyətə başlaması rəqabət mühiti yaradacaq və bu da qiymətlərə öz müsbət təsirini göstərəcək”, – deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanda dərman vasitələrinin və ya dərman maddələrinin reyestrə daxil edilmə qaydası müəyyənləşir.

“Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikliyə əsasən, icazə verən orqan ərizəyə, ona əlavə edilmiş sənədlərə (məlumatlara) baxılmasının və dərman vasitələrinin sadələşdirilmiş ekspertizasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 11 (on bir) iş günü müddətində derman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatını tanıyaraq dərman vasitələrinin dövlət reyestrinə daxil edir və ya imtina haqqında qərar qəbul edir.

İcazə verən orqan ərizəyə, ona əlavə edilmiş sənədlərə (məlumatlara) baxılmasının, dərman vasitələrinin və ya dərman maddələrinin ekspertizasının nəticəsi əsasında 23 (iyirmi üç) iş günü, dərman vasitələrinin sadələşdirilmiş ekspertizasının nəticəsi əsasında isə 13 (on üç) iş günü müddətində dərman vasitələrinin idxalına icazəni və onun əlavəsini verir və ya icazənin verilməsindən imtina haqqında qərar qəbul edir.