KoronaVirus İnformasiya Portalı
Dərslər NƏ VAXT və HANSI FORMADA başlayacaq – SON SİYAHIbackend

Dərslər NƏ VAXT və HANSI FORMADA başlayacaq – SON SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən təhsil naziri Emin Əmrullayev təhsil müəssisələrində tədrisin sentyabrın 15-də bərpa ediləcəyini bəyan edib. Ancaq dərslər müxtəlif vaxtlarda və fərqli formalarda başlayacaq.

NOCOMMENT azpolitika.info-ya istinadən bağçalarda, orta və ali məktəblərdə dərslərin nə vaxt və necə başlayacağını təqdim edir;

Bağçalar – 15 sentyabr (əyani)

Məktəbəhazırlıq – 1 oktyabr ( əyani, həftədə 2 dəfə)

1-4-cü siniflər – 15 sentyabr (əyani, həftədə 2-3 dəfə )

5-9-cu siniflər – 15 sentyabr (distant) / 1 oktyabr – (əyani, həftədə 2-3 dəfə)

10-11-ci siniflər – 15 sentyabr (distant) / 15 oktyabr (əyani, həftədə 2-3 dəfə)

Peşə təhsili – 15 sentyabr (distant) / 1 oktyabr (əyani)

Ali məktəblər

1-ci kurs – 1 oktyabr ( əyani)

Digər kurslar – 15 sentyabr (distant)

Qeyd edək ki, məktəb binasına daxil olarkən həm müəllimlərin, həm də şagirdlərin hərarəti ölçüləcək, tibbi maskalardan istifadə olunacaq, sosial məsafə gözləniləcək, mütəmadi olaraq dezinfeksiya işləri görüləcək.

Xatırladaq ki, 12 yaşdan kiçik uşaqların maska taxması məcburi deyil. Bu məsələ valideynin səlahiyyətinə buraxılır. 12 yaşdan yuxarı şəxslərin isə maska taxması tövsiyə olunur.

Məktəblərdə bufetlər, yeməkxanalar və soyunub-geyinmə otaqları ilə bağlı qaydalar olacaq. Bu qaydalara uyğun olmayanlar fəaliyyət göstərməyəcək.