Dərslərin sentyabrın 1-dən başlaması təklifinə rəsmi REAKSİYAbackend

Dərslərin sentyabrın 1-dən başlaması təklifinə rəsmi REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi Milli Məclisin deputatı Fazil Mustafanın növbəti tədris ilinin sentyabrın 1-dən başlaması ilə bağlı təklifinə münasibət bildirib.

NOCOMMENT xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov modern.az-ın sorğusuna cavabında məsələnin təmsil etdiyi qurumun səlahiyyətində olmadığını deyib.

“Bilik Günü Nazirlər Kabineti tərəfindən verilən qərar əsasında sentyabrın 15-də müəyyən edilib. Nazirlik olaraq, biz hər hansı şərh verə bilmərik”, – deyə C.Valehov vurğulayıb.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov saytımıza açıqlamasında həmkarına dəstək olub.

Deputat hesab edir ki, dərs ilinin sentyabrın 1-də başlayıb, mayın 31-də yekunlaşması daha münasibdir: “Amma burada dərs proqramları, orta məktəbdə tədris edilən fənlərin mövcud vəziyyəti və bütün məsələlər nəzərə alınmalıdır. İyun ayında istilər düşür. İnsanlarımız da əvvəldən öyrəşmişdilər ki, sentyabrın 1-də dərslər başlayır, mayın sonu bitir. İstənilən halda bu məsələdə Təhsil Nazirliyinin də mövqeyi önəmlidir”.

Qeyd edək ki, deputat Fazil Mustafa Azərbaycanda Bilik Gününün sentyabrın 1-də keçirilməsi haqqında məsələ qaldırıb. Deputatın təklifi ötən gündən etibarən sosial şəbəkələrdə müzakirələrə səbəb olub.