Buradakı sakinlər 5 ildir susuzluqdan əziyyət çəkirlər.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər Qaradağ rayonu Lökbatan qəsəbəsi Əli Əliyev küçəsindəndir.
Sakinlər deyirlər, artıq 5 ilə yaxındır yaşadıqları əraziyə içməli su ya fasilələrlə verilir, ya da heç verilmir.
Onlar bildirirlər ki, dəfələrlə aidiyyəti quruma da müraciət ediblər. Lakin problem həllini tapmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.