Detallar BU GÜN AYDINLAŞIR: türk və rus sülhməramlıları necə fəaliyyət göstərəcək?backend

Detallar BU GÜN AYDINLAŞIR: türk və rus sülhməramlıları necə fəaliyyət göstərəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Rusiyanın 20 nəfərlik diplomatik heyəti Ankaraya səfər edəcək.

NOCOMMENT.az publika.az-a istinadla xəbər verir ki, heyət Dağlıq Qarabağ bölgəsində atəşkəsdən sonra görüləcək işlər haqqında müzakirələr aparacaq.

Hüquq-mühafizə orqanları mənbələrindən verilən məlumata görə, heyət ilk olaraq Xarici İşlər Nazirliyində görüşlərə qatılacaq. Günortadan sonra isə Milli Müdafiə Nazirliyində olacaq.

Yüksək vəzifəli hərbçilərdən ibarət heyət razılaşma çərçivəsində taktiki və metodik olaraq hansı tərəfin harada dayanacağı, neçə nəfər olacağı, hansı fəaliyyətlər göstərəcəyi kimi məsələlər müzakirə olunacaq.