Deyirdim ki, az fikir elə, infarkt olacaqsanbackend

Deyirdim ki, az fikir elə, infarkt olacaqsan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kristal” qrupunun rəhbəri Mədinə Məlik “Elgizlə-izlə” proqramına telefonla bağlanaraq yaxın günlərdə vəfat edən aktyor dostu Ramiz Hüseynzadədən danışıb.

NOCOMMENT.az xəbər verir ki, o, mərhum haqqında bunları söyləyib:

“Biz çox yaxın idik. Sonradan bəzi məsələlər oldu, soyuqluq yarandı. Hardasa 8 ay öncə Ramiz zəng etdi. Ümumiyyətlə bəzi məsələlər var ki, kiməsə demirdi, mənimlə bölüşürdü. Çünki bir insanla küsülü də olsam, sirrini saxlayıram. Həyatında müəyyən hadisələr baş verdi, sıxıntıları var idi. Dedi, səninlə bölüşmək istəyirəm. Ramiz hər zaman gülərüz idi. Amma onun fotolarına baxsaz, acı, ağrı görəcəksiniz. Sadəcə təəssüf edirəm ki, o məni çağıranda gedə bilmədim. Dedim, sabah, o biri gün görüşərik. Sonra da vaxt keçdi. Ölüm xəbəri mənə çox pis təsir etdi. Ramizin gözləri hər şey deyir. Son bir-neçə ildə o gülsə də, gözləri kədərli baxıb. Mən səbəbini bilirəm. Həmişə deyirdim ki, ay bala, az fikir elə, infarkt olacaqsan. Ramiz çox fərqli insan olub, bambaşqa idi. Hər ata övladına onun kimi bağlı olmur. O qədər xəyalları var idi. Arzuları ürəyində getdi. Diləyim budur ki, Allah naşükür adamları bizdən uzaq etsin”. /Pravda.az