DGK sədrinin yeni müavini kimdir? – DOSYEbackend

DGK sədrinin yeni müavini kimdir? – DOSYE/FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Natiq Telman oğlu Şirinov Dövlət Gömrük Komitəsinə (DGK) yeni sədr müavini təyin edilib.

NOCOMMENT oxu-ya istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Natiq Şirinov buna qədər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb. O, İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi vəzifəsini daşıyıb.

Natiq Şirinova 12 fevral 2021-ci ildə Prezidentin sərəncamı ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.

O, həmçinin Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi vəzifəsində də çalışıb.