Diaspor Komitəsinin koronavirusa yoluxan əməkdaşları sağalıblarbackend

Diaspor Komitəsinin koronavirusa yoluxan əməkdaşları sağalıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diasporla İş üzrə Dövlət Komitəsinin koronavirusa yoluxan ikinci əməkdaşı da sağalıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı sosial şəbəkədə paylaşım edib..

“Diasporla İş üzrə Dövlət Komitəsini virusa yoluxan 2 əməkdaşından birinin tam sağalaraq xəstəxanadan evə buraxıldığını yazmışdım. Artıq digər əməkdaşımızın da sağaldığı xəbərini aldıq. Bu bəlaya düçar olan hər bir insanla bağlı belə xoş xəbər eşitmək arzusundayıq. Peşəkar həkimlərimizə çox-çox təşəkkür edirik. Bütün dünyanın bu qlobal problemə qalib gəlməsini arzulayırıq”, – deyə o bildirib.