Rusiyanın Yekaterinburq şəhərində keçmiş Ural Azərbaycan diasporunun rəhbəri Şahin Şixlinski, onun oğlu Mutvalla Şixlinski və Səfərov qardaşları ilə bağlı məhkəmə prosesi başlayıb.
NOCOMMENT.az xəbər verir ki, ilkin dinləmə bağlı qapılar arxasında keçirilib.
Vəkillər Şixlinski və digər şəxslərin işinin məhkəmə jüri iştirakı ilə araşdırılmasını tələb ediblər.
Növbəti məhkəmə iclasının yanvarda keçirilməsi planlaşdırılır. Bu zaman jüri kollegiyası formalaşdırılacaq.
Qeyd edək ki, onların hər birinə müxtəlif ağır maddələr üzrə — qətl, qətl cəhdi, qətldə iştirak, hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı elan olunub.
Şübhəlilər özlərini təqsirli bilmirlər.










