Dildə olan yaralar nəyin göstəricisidir?backend

Dildə olan yaralar nəyin göstəricisidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ciddiyə alınmayan dildə olan yaralar əslində gizlicə inkişaf edən dil xərçənginin əlamətləri ola bilər.

NOCOMMENT.az xəbər verir ki, mütəxəssislər bu əlamətlərə ciddi yanaşmağı məsləhət görürlər. Dil xərçənginin əsas göstəriciləri aşağıdakılardır.

Dil üzərində çıxan yaralar

Dil üzərində çıxan yaralar dil xərçənginin ən əsas göstəricisidir. Əgər dilinizdə sadə yaralar əmələ gəlibsə və gün keçdikcə sağalmaq yerinə daha da artırsa mütləq qulaq burun boğaz həkiminə müraciət edin. Bu yara gün keçdikcə dilinizi daha da sərtləşdirə bilər.

Boyunda şiş

Xərçəng boyundakı linfa vəzilərinə keçdikdə boyunda şişkinlik yaranır. Boynun eyni bölgəsində həftələrlə çəkilməyən və getdikcə böyüyən şişə diqqət edin. Məhz bu şiş xərçəngin əlaməti ola bilər

Danışıqda dəyişiklik

Dil xərçəngi dilin düzgün hərəkət etməsinə təsir edir. Dilini rahat şəkildə hərəkət etdirə bilməyən xəstələrin danışığında prooblemlər yarana bilir.

Ağız qoxusu

Xərçəngin inkişafı ağız gigiyenasının pozur, bu da pis qoxunun yaranmasına səbəb olur.

Dildə ağrı və qanama

Xərçəng dildə əvvəl ağrılarla özünü göstərir daha sonra yaralar qanamağa başlayır. Hətta şiddətli ağrı qulaqlara da təsir edir.