DİM beynəlxalq imtahanlarla bağlı statistikanı açıqladıbackend

DİM beynəlxalq imtahanlarla bağlı statistikanı açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzində (DİM) həftə ərzində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan, informasiya texnologiyaları və rəqəmsal marketinq sahələrinə aid beynəlxalq imtahanlar təşkil olunub.

DİM-dən NOCOMMENT-ə bildirilib ki, ümumilikdə imtahanlarda 5 nəfər iştirak edib. Keçirilmiş imtahanların siyahısı Mərkəzin saytında yerləşdirilib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

DİM-də keçirilən müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı:

“Pearson VUE”nun 100-dən çox professional imtahanı – hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri (səhər növbəsi: 08:30–13:30, günorta növbəsi: 14:00-17:00)

“Pearson Test of English Academic” – hər həftənin çərşənbə axşamı (14:00-17:00)

İmtahanlara qeydiyyat və digər məsələlərlə bağlı daha ətraflı məlumatı Mərkəzin saytında əldə etmək mümkündür.