DİM-dən bu abituriyentlərə MÜRACİƏT: “3-8 sentyabr tarixlərində…”backend

DİM-dən bu abituriyentlərə MÜRACİƏT: “3-8 sentyabr tarixlərində…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abituriyentlər 3-8 sentyabr tarixlərində Dini Psixoloji Komissiya üzrə qeydiyyatdan keçməlidirlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Bakı İlahiyyat Kollecinin “Dini-mənəvi xidmət” ixtisası üzrə boş qalan yerlərə qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak etmək üçün 3 sentyabr saat 9:30-dan  8 sentyabr 17:30-dək  //eservices.dim.gov.az/qabiliyyet linkinə keçid edərək qeydiyyatdan keçməlidirlər.

Müsahibə 10 sentyabr 2024-cü il tarixində Azərbaycan İlahiyyat İnstitutunda ( Ünvan: Məhəmməd Naxçıvani 29) keçiriləcək.

İştirakçılar saat 09:00-da şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” ilə birlikdə imtahan binasının qarşısında olmalıdırlar.

Müsahibələrin keçirilməsi məqsədi ilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dini-Psixoloji Komissiya (DPK) yaradılır. “Dini-mənəvi xidmət” ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək. DPK-nın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər və DİM-in əməkdaşları daxil edilirlər. Abituriyentlərin ümumi bilikləri, dini təsəvvürləri, psixoloji vəziyyətləri, yaradıcı təfəkkür imkanları xüsusi psixoloji metod əsasında müsahibə yolu ilə müəyyənləşdirilir. Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışları və dünyəvilik anlayışı, psixoloji parametrlərinin Dini-mənəvi xidmət ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır. Müsahibənin nəticəsi məqbul və ya qeyri-məqbulla qiymətləndirilir. “Dini mənəvi xidmət” ixtisası üzrə müsabiqəyə “məqbul” qiymət alan abituriyentlər buraxılır.

Qeyd edək ki, ümumi qaydada qəbul ( cari ilin məzunları – buraxılış) imtahanında topladıqları ümumi balı 40 (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) və daha yüksək olan abituriyentlər qeydiyyatdan keçərək müsahibədə iştirak edə bilərlər.

Qeyd: 2024-cü ilin avqust ayında keçirilmiş müsahibələrdə iştirak edib qeyri-məqbul alan abituriyentlər təkrar müsahibəyə buraxılmır.