DİM-dən xəbər var: İxtisas qrupları üzrə göstəricilər – SİYAHIbackend

DİM-dən xəbər var: İxtisas qrupları üzrə göstəricilər – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali təhsil müəssisələrinin 2020-ci il ixtisas qrupları üzrə statistik göstəriciləri açıqlandı.

NOCOMMENT.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə I, II, III və IV ixtisas qrupları üzrə ümumilikdə 45 110 qəbul planına qarşı 44 776 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçiminə buraxılıb.

DİM-dən verilən məlumata görə, II və III ixtisas qruplarında dövlət sifarişli ixtisaslar üzrə yerlər müvafiq olaraq 30% və 34,6% təşkil edir. Bu qruplarda ödənişli ixtisaslar böyük əksəriyyət ilə çoxluq təşkil edir. Birinci ixtisas qrupunda dövlət sifarişli ixtisaslar 62%, dördüncü ixtisas qrupunda isə 64% təşkil edir. Bu qruplarda ödənişli ixtisaslar 2 və 3-cü qruplar üzrə nisbətən azdır.

Ümumilikdə 4 ixtisas qrupu üzrə 45 110 qəbul planının 20 286 yeri dövlət sifarişlidir ki, bu da ümumi planın 45%-ni təşkil edir. 

I Qrup ÜZRƏ

I ixtisas qrupu üzrə 150 və daha yuxarı bal toplayaraq ixtisas seçiminə buraxılan abituriyentlərin sayı 15373 nəfərdir.
Qəbul planı 14924 (o cümlədən 9290 yer dövlət sifarişi) yer;
500 və daya yuxarı bal toplayanların sayı 1903 nəfər;
600 və daha yuxarı bal toplayanların sayı 611 nəfər;
1 nəfər 700 bal toplayıb

II Qrup ÜZRƏ

II ixtisas qrupu üzrə 150 və daha yuxarı bal toplayaraq ixtisas seçiminə buraxılan abituriyentlərin sayı 7682 nəfərdir.
Qəbul planı 13800 (o cümlədən 4115 yer dövlət sifarişi) yer;
500 və daya yuxarı bal toplayanların sayı 899 nəfər;
600 və daha yuxarı bal toplayanların sayı 216 nəfər;

III Qrup ÜZRƏ

III ixtisas qrupu üzrə 150 və daha yuxarı bal toplayaraq ixtisas seçiminə buraxılan abituriyentlərin sayı 17964 nəfərdir.
Qəbul planı 12286 (o cümlədən 4256 yer dövlət sifarişi) yer;
500 və daya yuxarı bal toplayanların sayı 2714 nəfər;
600 və daha yuxarı bal toplayanların sayı 555 nəfər;
1 nəfər 700 bal toplayıb

IV Qrup ÜZRƏ

IV ixtisas qrupu üzrə 150 və daha yuxarı bal toplayaraq ixtisas seçiminə buraxılan abituriyentlərin sayı 3757 nəfərdir.
Qəbul planı 4100 (o cümlədən 2625 yer dövlət sifarişi) yer;
500 və daya yuxarı bal toplayanların sayı 1022 nəfər;

600-dən daha yuxarı bal toplayanların sayı 356 nəfər

Qeyd edək ki, 2019-cu ilin müvafiq məlumatları sayta yerləşdirilib. İxtisas seçimi 20 sentyabra qədər davam edəcək.