DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıbbackend

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 20-21 avqust 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

DİM-dən NOCOMMENT.az -a  verilən məlumata görə, bu mərhələdə I ixtisas qrupu üzrə 12 nəfər 400 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan 1 nəfər – Xırdalan şəhəri, 1 saylı orta məktəbin məzunu imtahanın I mərhələsində 300 bal toplamışdı və beləliklə, hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. İkinci ən yüksək nəticəni 697 bal toplayan Bakı şəhəri, Binəqədi rayonu 297 saylı orta məktəbin məzunu göstərib (Həmin abituriyent imtahanın I mərhələsində 300 bal toplamışdı).

IV ixtisas qrupu üzrə 5 nəfər 400 bal toplamaqla ən yüksək nəticəni göstərib. Hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni isə 691.4 bal toplayan Bakı şəhəri, 178 saylı orta məktəbin məzunu göstərib. İkinci ən yüksək nəticəni 691.2 bal toplayan Bakı şəhəri, 114 saylı orta məktəbin məzunu göstərib.