DİM imtahan keçirdi – 1 nəfər qatıldıbackend

DİM imtahan keçirdi – 1 nəfər qatıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzində 13 iyul 2021-ci il tarixində ACCA Maliyyə uçotu (FA) imtahanı keçirilib.

NOCOMMENT.az Axar.az-a istinadla xəbər verir ki, imtahana 1 nəfər qatılıb.

ACCA (the Association of Chartered Certified Accountants) – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası 179 ölkədə 227 min üzvü olan, sertifikat və diplomları beynəlxalq şirkətlər tərəfindən qəbul edilən dünyanın ən böyük mühasibat təşkilatıdır.

ACCA kvalifikasiyası maliyyə, mühasibat uçotu və audit sahələri üzrə beynəlxalq əmək bazarının tələblərini özündə əks etdirən, peşəkar bilik, bacarıq və yeniliklər, o cümlədən işgüzar dəyər for­ma­laşdıran peşəkar kvalifikasiya hesab olunur.

Dövlət İmtahan Mərkəzi (DİM) ACCA təşkilatının rəsmi Test Mərkəzi kimi təşkilatın beynəlxalq imtahan mərkəzlərinə dair məlumat sistemində qeydiyyata alınıb.