DİM sədri: Hər zalda 15 nəfər abituriyent otura biləcəkbackend

DİM sədri: Hər zalda 15 nəfər abituriyent otura biləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər bir abituriyent öz yaşadığı ərazi üzrə imtahan verəcək”.

NOCOMMENT.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, proses bir qədər çətin olacaq: “Çünki bir gün ərzində müxtəlif səpkili, ən azı 4 növ imtahan kitabçası gələcək tələbələrə təqdim olunacaq. Nəzərə almaq lazımdır ki, 15 minə yaxın nəzarətçi-müəllim bizimlə birgə çalışacaq. Hər zalda 15 nəfər abituriyent otura biləcək. Hər yüz nəfərə təxminən bir imtahan rəhbəri ayrılacaq. Artıq həmin heyət prosesə hazırdır”.