DİM: V qrupda bəzi ixtisaslar ləğv olunubbackend

DİM: V qrupda bəzi ixtisaslar ləğv olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ildən V qrupda bəzi ixtisaslar ləğv edilib, bəzilərinin isə adı dəyişdirilib.

NOCOMMENT xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Natiq Əliyev V ixtisas qrupu üzrə ixtisas seçimi ilə əlaqədar keçirilən canlı yayımda deyib.

Onun sözlərinə görə, əvvəl “Dekorativ sənət” adlanan ixtisas indi “Dekorativ tətbiqi sənət” adlanır. Bədən tərbiyyəsi və idman ixtisası ləğv olunub və “Məşqçilik” ixtisası ilə birləşdirilib. “Rəqs müəllimliyi” ixtisası ləğv olunub, “Xoreoqrafiya sənəti” ilə birləşdirilib. “Solo oxuma” ixtisası “Vakal sənəti” adlandırılır, “Estrada sənəti” “Populyar musiqi və caz ifaçılığı”, “Xalq çalğı alətləri ifaçılığı” isə “İnstrumental ifaçılıq” adı altında gedir.