DİM: Yaşı çox olan namizədlərin az birqismi imtahanı uğurla keçibbackend

DİM: Yaşı çox olan namizədlərin az bir qismi imtahanı uğurla keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 19 fevral 2021-ci ildə inzibati vəzifələrin A və B növünə (inzibati rəhbər və icraçı vəzifələr) aid olan AA, AB, AC, BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları keçirilib.

DİM-dən NOCOMMENT-ə verilən məlumata görə, qeydiyyatdan keçən namizədlərin 1008 nəfəri kişi, 1084 nəfəri isə qadın olmuşdur. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 931 nəfər (qeydiyyatdan keçənlərin 92.4%-i), qadınlar üzrə isə 1005 nəfər (qeydiyyatdan keçənlərin 92.7%-i) 20-34 yaş intervalında olanlardır. Yuxarı yaş qrupları (45-64 yaş intervalı) üzrə 17 nəfər (9 kişi, 8 qadın) qeydiyyatdan keçsə də, imtahanda yalnız 1 nəfər (1 qadın) uğur qazana bilib. Ümumiyyətlə, imtahanda iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 4 nəfər imtahanı uğurla keçib.

Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən 651 nəfər (uğur əldə edənlərin təqribən 88%-i, 281 kişi və 370 qadın) 20‑29 yaş intervalında olan namizədlərdir. 30-39 yaş intervalında isə 85 nəfər (42 kişi və 43 qadın) lazım olan balı toplaya bilib.

Cədvəldən də göründüyü kimi imtahanda uğur qazanan namizədlərin 721 nəfəri, yəni təqribən 97.4%-i yaşı 34-ə qədər olan insanlardır. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 19 nəfərdir.

Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçmiş 2092 namizəddən 740 nəfəri (35.4%) müvəffəqiyyət əldə edib. Nəticələrə kişi və qadınlar üzrə ayrıca baxsaq görərik ki, qadınların müvəffəqiyyət göstəriciləri nisbətən yüksək olub. Belə ki, qeydiyyatdan keçmiş 1008 kişidən 324 nəfər (32.1%), 1084 qadından isə 416 nəfər (38.4%) uğur əldə edib.

Daha ətraflı statistik məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:

Kişi və qadınlar üzrə məlumat

Cinsi Yaş intervalı Qeydiyyatdan keçmişdir Test imtahanından uğurla keçib Faizlə (%)
Kişi 20-24 311 158 50.8
Kişi 25-29 445 123 27.6
Kişi 30-34 175 33 18.9
Kişi 35-39 58 9 15.5
Kişi 40-44 10 1 10.0
Kişi 45-49 5 0 0.0
Kişi 50-54 0 0 0.0
Kişi 55-59 2 0 0.0
Kişi 60-64 2 0 0.0
Kişilər üzrə cəmi: 1008 324 32.1
Qadın 20-24 422 218 51.7
Qadın 25-29 422 152 36.0
Qadın 30-34 161 37 23.0
Qadın 35-39 56 6 10.7
Qadın 40-44 15 2 13.3
Qadın 45-49 6 1 16.7
Qadın 50-54 1 0 0.0
Qadın 55-59 1 0 0.0
Qadın 60-64 0 0 0.0
Qadınlar üzrə cəmi: 1084 416 38.4
Yekun: 2092 740 35.4

 

Ümumi məlumat

Yaş intervalı Qeydiyyatdan keçmişdir Test imtahanından uğurla keçib Faizlə (%)
20-24 733 376 51.3
25-29 867 275 31.7
30-34 336 70 20.8
35-39 114 15 13.2
40-44 25 3 12.0
45-49 11 1 9.1
50-54 1 0 0.0
55-59 3 0 0.0
60-64 2 0 0.0
Cəmi: 2092 740 35.4