DİN aptek sahibinin iddialarını araşdırdıbackend

DİN aptek sahibinin iddialarını araşdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər sakini Mətanət Quliyevanın polisə müraciətinin xüsusatları tam və hərtərəfli araşdırılıb.

NOCOMMENT xəbər verir ki, bu sözləri report-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, Nərimanov rayonunda M.Quliyevanın müdirəsi olduğu aptekin əczaçılıq şirkəti qarşısında götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün dərman preparatlarını və kassa aparatını geri qaytarıb: “Şirkətin həmin apteki bağlamaq qərarına etiraz edən M.Quliyevanın Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi haqqında səsləndirdiyi iddialar tam əsassızdır. Polis tərəfindən qanunla üzərinə düşən vəzifələrə uyğun olaraq, vətəndaşın iddiaları ilə bağlı müvafiq araşdırmalar aparılıb.

Təhqiqat araşdırmaları və müvafiq yoxlamalarla müəyyən olunub ki, 20 000 manat civarında dərman prepatarları və kassa aparatı şirkətə məxsusdur. Toplanmış materialda cinayət əməli cinayət prosessual qanunvericiliyin tələbinə əsasən material üzrə cinayət işinin başlanması rədd olunub. Vətəndaşın xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququ var”.