DİN AzTV-nin əməkdaşının ölümü ilə bağlı məlumat yaydıbackend

DİN AzTV-nin əməkdaşının ölümü ilə bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi Azərbaycan Televiziyasının (AzTV) əməkdaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, sentyabrın 2-də saat 18 radələrində Səbail rayonunun Parlament prospektində Bakı şəhər sakini S.Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Qəbələ rayon sakini Sərxan Məmmədovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, S. Abdullayev Azərbaycan Televiziyasının (AzTV) operatoru olub.